Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 20:46

BMT İsrailin “aşırı güc”ə əl atmasını pisləyir


Fələstin, arxiv fotosu

İyunun 13-də BMT-nin Baş Assambleyası İsrailin fələstinlilərə qarşı “aşırı gücdən istifadə etməsi”ni pisləyib. Qurum Qəzzə zolağındakı fələstinlilər üçün “beynəlxalq qorumaq mexanizmi”nin tətbiqinə çağırıb.

193 üzvü olan assambleya ərəb ölkələrinin təklif etdiyi qətnaməni 120-8 səs fərqilə qəbul edib. Bir neçə gün öncə Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının oxşar addımına veto qoymuşdu.

45 ölkə səsvermədə iştirak etməyib.

Hüquqi qüvvəsi olmayan, siyasi çəki daşıyan BMT qətnaməsi Qəzzədən İsrailə raketlər atılmasını pisləyib. Ancaq sənəddə Qəzzəyə nəzarət edən Hamas islamçı qruplaşmasının adı çəkilmir.

ABŞ-ın səfiri Nikki Haley qətnaməni “birtərəfli” adlandırıb, “Qəzzədə daim zorakılığı qızışdıran Hamas terrorçuları”nın adlarını çəkmədiyini vurğulayıb.

Haley daha öncə təklif etmişdi ki, qətnamədə Hamas-ın zorakılığı pislənilsin, amma bu cəhd baş tutmamışdı.

Martın 30-dan Qəzzə sərhədində İsrail qüvvələri tərəfindən 120-dən çox fələstinli öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG