Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Bakıdakı «Kids Studio» Uşaq Mərkəzində azyaşlıya qarşı zorakılıq etdiyi bildirilən tərbiyəçinin saxlandığı deyilir.

Bu barədə «Turan» agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun deməsinə görə, faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi açılıb.

«Kids Studio» Uşaq Mərkəzinin tərbiyəçisi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanıb.

Cinayət işinin Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə başlanıldığı bildirilir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saxlanıldığı bildirilən tərbiyəçinin yaxınları və vəkilinin ittihama münasibətini öyrənmək mümkün olmayıb.

İttiham sübuta yetirilərsə, tərbiyəçiyə 2 ilə kimi həbs cəzası verilə bilər.

Xatırlatma

Bir neçə gün öncə Facebook-da tərbiyəçinin azyaşlı uşaqlarla kobud davranışı əks olunmuş videogörüntülər yayılmışdı. Həmin görüntülərin «Kids Studio» Uşaq Mərkəzində çəkildiyi iddia olunurdu.

Görüntülərin yayılmasından sonra mərkəzin rəhbərliyi «Kids Studio»nun bağlandığını, tərbiyəçinin işdən uzaqlaşdırıldığını açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG