Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 09:40

Pashinian həmsədrlərlə görüşüb


Nikol Pashinian (sağda) həmsədrlərlə görüşür, 13 iyun, 2018-ci il

Ermənistanın baş naziri Nikol Pashinian bu gün – iyunun 13-də ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti, ABŞ-dan Andrew Schofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Andrzej Kasprzyk ilə görüş barədə məlumat Pashinian-ın rəsmi səhifəsində yerləşdirilib.

Məlumatda deyilir ki, baş nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllində vasitəçilərin roluna böyük önəm verdiyini vurğulayıb.

Həmsədrlər tərəflərin öz öhdəliklərini yerinə yetirməsinin, eləcə də Vyanada, Sankt Peterburqda və Cenevrədə əldə olunmuş razılaşmaların icrasının vacibliyindən danışıblar.

Məlumata görə, Pashinian Ermənistanın münaqişənin sülh yoluyla həllindən ötrü səylərini davam etdirməyə hazır olduğunu dilə gətirib.

Bu Pashinian-ın Ermənistan lideri kimi həmsədrlərlə ilk görüşü idi.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG