Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 02:31

Bolqarıstanda vertolyot qəzasında iki nəfər ölüb


Arxiv fotosu

İyunun 11-də axşam Bolqarıstanın cənubundakı Plovdiv şəhəri yaxınlığında hərbi vertolyot qəzaya uğrayıb. Müdafiə nazirliyi vertolyotdakı 3 nəfərdən ikisinin həlak olduğunu bildirir.

Sovet istehsalı olan Mi-17 vertolyotu Krumovo hava bazası yaxınlığında 50 metr hündürlükdən düşərək yanıb.

Qəzanın səbəbi, hələlik, açıqlanmayıb.

Bu, Bolqarıstanda işlək yeganə Mi-17 idi və əsasən çətin relyefli ərazilər yanğınsöndürmədə istifadə olunurdu.

Son 12 ayda Bolqarıstanda artıq ikinci dəfədir ki, hərbi vertolyot qəzası itkiylə sonuclanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG