Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:48

Berdymukhammedov 600-dən çox məhbusu əfv edib


Gurbanguly Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov Ramazan bayramı münasibətilə 611 məhbusu əfv edib.

Prezidentin əfvi Ramazanda qeyd olunan Qədr gecəsinə görə verdiyi bildirilib. Qədr gecəsində müqəddəs “Quran” kitabının nazil olduğu rəvayət edilir.

Sələfi Saparmurat Niyazov da ildə bir dəfə – Ramazanda oxşar əfv fərmanları verirdi.

Ancaq Berdymukhammedov ildə bir neçə dəfə – dövlət bayramlarında əfv fərmanı imzalayır.

Ötən il prezident üst-üstə 3 mindən çox məhbusu əfv edib.

Ancaq adətən, belə əfv fərmanları siyasi məhbusları əhatələmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG