Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 20:03

Pashinian Moskvaya gedir


Nikol Pashinian (sol) və Vladimir Putin, arxiv fotosu

Ermənistanın baş naziri Nikol Pashinian yaxın günlərdə Rusiyaya səfər edəcək. Onun iyunun 14-də Rusiyada futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılacağı gözlənir.

Məlumatı Pashinian-ın sözçüsü Arman Yegoyan təsdiqləyib.

Rusiya prezidentinin sözçüsü Dmitry Peskov-sa Pashinian ilə prezident Vladimir Putin-in görüşünün planlaşdırıldığını bildirib.

Bu, Pashinian-ın baş nazir kimi Moskvaya ilk səfəridir. O, mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmışdı. O zaman Putin-lə ikitərəfli görüş də keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG