Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:35

Şiələr əl-Qüds gününü qeyd edirlər


İraqda etirazçı Ayətulla Ruhollah Khomeini-nin portretini qaldırıb

İran, İraq və Suriyada on minlərlə şiə müsəlman əl-Qüds günü münasibətilə İsrailə qarşı yürüşlərə çıxıblar.

Etirazçılardan bəziləri İsrail və ABŞ bayraqlarını yandırıblar, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndiriblər.

Bu günün əsasını İslam respublikasının yaradıcısı Ayətulla Ruhollah Khomeini fələstinlilərə dəstək, İsrailə müqavimət məqsədilə qoyub. İran İsraili tanımır.

Tehran Universitetinə cümə ibadətinə yığışan dindarlar Amerikaya qarşı, Vaşinqtonun səfirliyini Qüdsə köçürmək qərarını pisləyən şüarlar səsləndiriblər.

İraqda isə İranın dəstəklədiyi minlərlə şiə döyüşçü paytaxt Bağdadın mərkəzi küçəsində yürüşə çıxıblar.

Suriya paytaxt Dəməşqin küçələrində də İsrail əleyhinə şüarlar səslənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG