Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Rövşən Əhmədli sərbəst buraxılıb


R.Əhmədli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli sərbəst buraxıldığını açıqlayıb.

R.Əhmədlinin Azadlıq Radiosuna bildirməsinə görə, onu Binəqədi rayonunda saxlayıblar, ardınca 27-ci polis bölməsinə aparılıb.

Saat yarımdan çox polisdə saxlandığını deyən R.Əhmədli vurğulayıb ki, İsrail səfirliyi qarşısında etiraz aksiyası təşkil etmələrinə görə tutulub. Deməsinə görə, polisdə ona icazəsiz aksiya keçirilməsinin qanunsuz olduğu bildirilib, sonra isə sərbəst buraxılıb.

«Sərbəst toplaşmaq hüququmuz ölkənin konstitusiyasında nəzərdə tutulub. Bunun üçün kimdənsə icazə almağa ehtiyac yoxdur. Xəbərdarlıq etmək lazımdır, biz də bunu əvvəlcədən etmişdik», - deyən R.Əhmədli saxlanmasını qanunsuz saydığını vurğulayıb.

R.Əhmədlinin dediyinə görə, onlar Fələstinin müdafiəsi məqsədilə aksiya keçirmək istəyiblər.

İsrail-Fələstin problemi 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.

Rövşən Əhmədlinin saxlandığı deyilir

Bu gün, iyunun 8-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədlinin saxlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna həmin qurumdan Eldəniz Quliyev məlumat verib:

«Səhər evdən çıxanda saxlayıblar. Ondan sonra hara aparılıb və harada saxlanır, məlum deyil».

E.Quliyev bildirib ki, R.Əhmədlinin hələlik vəkili yoxdur.

Bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Milli Şuraya daxil olan siyasi qüvvələrin onlarla fəalı hazırda müxtəlif ittihamlarla həbsdədir. Şura onların siyasi motivlərlə şərlənərək həbs edildiyini açıqlayıb.

Ancaq hakimiyyət rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edildiyi ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyir ki, həmin insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG