Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:30

Azərbaycanda 'stop' olub-olmadığını bilməyin yolu


Hava limanı

Dövlət Miqrasiya Xidməti (DMX) yeni elektron xidməti istifadəyə verib.

Bu barədə DMX-in rəsmi saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, iyunun 8-dən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkə ərazisinə girişlərinə və çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər. Onların bundan ötrü DMX-nın rəsmi saytında uyğun bölməyə daxil olması, adını, soyadını, doğum tarixini, pasportunun nömrəsini və vətəndaşı olduğu ölkənin adını ora əlavə etməsi kifayətdir.

«Yenilik əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş və çıxışları ilə bağlı rahatlıqlarının təmin edilməsinə, şəffaflığın artırılmasına xidmət edir», - məlumatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG