Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:21

İrana sanksiyalardan güzəşt istəyirlər


İranda ABŞ-a qarşı etiraz aksiyası, 16 may, 2018-ci il
İranda ABŞ-a qarşı etiraz aksiyası, 16 may, 2018-ci il

İranla 2015-ci ildə nüvə sazişi imzalamış Avropa ölkələri ABŞ administrasiya rəsmilərinə məktub göndəriblər. Onlar Birləşmiş Ştatlardan xahiş edirlər ki, İranda biznes qurmuş Avropa Birliyi şirkətləri cəza tədbirlərindən azad edilsinlər.

İyunun 4-də ABŞ-ın maliyyə naziri Steven Mnuchin və dövlət katibi Mike Pompeo-ya göndərilmiş məktubu Almaniya, Fransa və Britaniyanın xarici işlər və maliyyə nazirləri, həmçinin Avropa Birliyinin xarici siyasət rəhbəri imzalayıb.

Mayın 8-də Vaşinqtonun nüvə sazişindən çıxdığını elan edən prezidenti Donald Trump İrana ticarət sanksiyalarının bərpa olunacağını, Tehranla biznesi davam etdirəm şirkətlərə isə ikinci dərəcəli sanksiyalar qoyulacağını bildirib.

Mike Pompeo
Mike Pompeo

Hazırda Avropa ölkələri nüvə sazişini xilas etməyə çalışırlar. Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

“Müttəfiq olaraq, Birləşmiş Ştatların Avropanın təhlükəsizlik maraqlarına ziyan vuracaq hərəkətdən çəkinəcəyini gözləyirik”, – məktubda deyilir. Məktubu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Twitter-də yerləşdirib.

İRAN SWIFT-DƏ QALSIN

Müəlliflər ABŞ-ın cəza tədbiri qoymasını istəmədikləri əsas sahələri göstərirlər. Buraya əczaçılıq, səhiyyə, enerji, mülki aviasiya, infrastruktur və bank sektorları daxildir.

Məktubda o da deyilir ki, İran beynəlxalq pul transferi sistemi olan SWIFT-dən çıxarılmamalıdır.

Fransanın Total, Niderlandın Maersk kimi böyük şirkətləri bildirirlər ki, gələn altı ay ərzində sanksiyalar tam bərpa olunan kimi İranda qalmaq mümkün olmayacaq. Təbii ki, Vaşinqton onlara güzəşt etməsə.

Jean-Yves Le Drian Gürcüstanda, 26 may, 2018-ci il
Jean-Yves Le Drian Gürcüstanda, 26 may, 2018-ci il

İranın uran zənginləşdirmə qabiliyyətini artırmaqla bağlı beynəlxalq agentliyə bildiriş göndərməsi isə dünyada fərqi reaksiyalar doğurmaqdadır. Fransanın xarici işlər naziri Jean-Yves Le Drian İranın təşəbbüsünün “arzuolunmaz” olduğunu bildirib.

“Qırmızı xətlə oynamaq həmişə təhlükəlidir, ancaq bu təşəbbüs… tamamilə nüvə sazişi çərçivəsindədir”, – Le Drian Europe 1 radiosuna deyib.

Amma nazir xəbərdarlıq edib ki, Tehran sazişin şərtlərinə əməl etməsə, Avropa ondan çıxmalı və sanksiyaları bərpa etməli olacaq.

Nüvə sazişi İranın uran zənginləşdirmə fəaliyyətinə sərt məhdudiyyətlər qoyur. Tehran nüvə proqramının tamamilə dinc məqsədli olduğunu bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG