Keçid linkləri

2025, 06 İyul, bazar, Bakı vaxtı 01:32

'İnsana kapital qoymadan...'-Media icmalı


Banklara nə qədər etibar edirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Banklara nə qədər etibar edirsiz?

Ölkənin su təminatı, bank sisteminin problemləri, iqtisadiyyatın inkişafına mane olan hallar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bankların son göstəriciləri...

«Yeni Müsavat» qəzetində «Banklar haradan və necə qazanır…» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə bankların durumunu ekspert Natiq Cəfərli ilə araşdırıb.

Yazıda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən bildirilir ki, bu il mayın 1-inə bankların müştərilərə verdiyi kreditlər 11 mlrd. 422.6 mln. manat təşkil edib. Bu da mart ayı ilə müqayisədə 173 mln. manat və ya 1.54 faiz artım deməkdir.

Müəllif həmçinin vurğulayıb ki, ümumilikdə bir il ərzində banklar kreditləşməni 3 mlrd. 611.4 mln. manat və ya 24 faiz azaldıb.

Yazıda habelə vurğulanır ki, bu ilin aprelində əhalinin banklara yerləşdirdikləri əmanətlərin həcmi artaraq 7 mlrd. 813.5 mln. manat təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 3.1 faiz və ya 233.4 milyon manat çoxdur.

N.Cəfərli qəzetə deyib ki, son illər banklar böyük bir valyutadəyişmə məntəqəsinə dönüb. Onun deməsinə görə, ölkəyə gələn turistlərin sayının artması banklara valyuta əməliyyatlarından gəlir götürməsi imkanını artırır: «Valyutanın alışı ilə satışı arasındakı fərq də əvvəlki dövrlərə nisbətən genişdir...».

Ekspert hesab edir ki, bankların ənənəvi gəlir sahəsi sayılan kreditləşmədə isə artıq 3 ildir ki, problemlər var: «Yeganə olaraq, ötən ilin sonundan başlayaraq istehlak kreditlərində az da olsa artım müşahidə olunur. Bu da banklara müəyyən qədər ayaqda qalmağa və gəlir əldə etməyə kömək edir».

Ekspert bu meyllərə baxmadan bank sistemində əsas problemlərin qaldığını düşünür. O hesab edir ki, banklar əsas funksiyalarını, iqtisadiyyatın kapitalla təmin edilməsini yerinə yetirə bilmir.

N.Cəfərli deyib ki, problemli kreditlər də azalmır.

"İri sahibkar vergidən yayınır, zərbə kiçik sahibkara dəyir"
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

İqtisadi tövsiyələr

«Novoye Vremya» qəzetində «İslahatların olmaması iqtisadiyyatın artımını istisna edir» sərlövhəli yazı yer alıb.

Yazıda bildirilir ki, iyunun 5-də Bakıda Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçirilib. Müəllifin fikrincə, bu forum bir daha Azərbaycanda iqtisadi inkişafda neftin indiki nisbi artım qiymətinə arxayın olmamaq barədə tövsiyələri gündəmə gətirib.

Müəllif hesab edir ki, istənilən an xarici amil yenidən neftin qiymətinin düşməsinə səbəb ola bilər.

Yazıda «Report» agentliyinə istinadən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvinin səsləndirdiyi fikirlərə də yer verilib. N.H.Naqvi deyib ki, bu il Azərbaycan iqtisadiyyatında 2, gələn il isə 3-4 faiz artım gözlənir. O vurğulayıb ki, inflyasiyanın azalacağı da proqnozlaşdırılır: «Bu, müsbət meyldir. Qeyri-neft sektoru ağır zamanlarda inkişaf edib. Bununla belə, ölkə iqtisadiyyatı hələ ki, neftdən asılıdır».

N.H.Naqviyə görə, heç bir islahat insana investisiya qoyulmadan mümkün deyil: «Sizin müəllimlər orta hesabla aylıq 150-200 dollar alırlar. Elə həkimlər də o qədər alır. Eyni zamanda da, struktur dəyişiklikləri olmadan maaşların artırılması çıxış yolu deyil».

Qəzetdə bildirildiyinə görə, N.H.Naqvi vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsindən ötrü struktur islahatlarına ehtiyac var. Ən başlıcası insana sərmayə qoyulmasıdır.

Yazıda habelə, qeyd edilməsinə görə, forumda Avropa Birliyinin təmsilçiləri də çıxış edərək Azərbaycana iqtisadiyyatı şaxələndirməklə bağlı səsləniblər.

Müəllif isə yazının sonunda vurğulayıb ki, Azərbaycanda iqtisadi inkişaf inhisarla, korrupsiya ilə mübarizədən və müstəqil məhkəmə sistemindən asılıdır.

Su
Su

Ölkənin su təminatı

«Azərbaycan» qəzetində «Əhalinin su təminatının yaxşılaşdırılması sosial siyasətin prioritet istiqamətlərindəndir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda sosial infrastrukturun əsas sahələrindən biri kimi su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilir: «Məhz bütün bunların nəticəsidir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq 1 milyon 410 minə çatıb. Son 14 ildə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81.5 faizə, regionlarda isə 9 faizdən 43.4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 67.5 faizə qalxıb».

Müəllif vurğulayıb ki, sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda həmişə aktual olub. Yazıda habelə, bu il Bakı və əyalətlərdə bu sahədə görüləcək işlərdən də geniş bəhs edilir: «2018-ci ildə Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq. Bölgələrdə ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə respublikanın 10-dan artıq şəhərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq...».

XS
SM
MD
LG