Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Qırğızıstanda keçmiş baş nazir, keçmiş mer saxlanıb


Sapar Isakov

Qırğızıstanda keçmiş baş nazir və paytaxt Bişkekin keçmiş meri saxlanıb. Bu həbslər paytaxtda elektrik stansiyasının modernləşdirilməsində korrupsiyanın araşdırılması çərçivəsində aparılıb.

Keçmiş baş nazir Sapar Isakov barəsində iyunun 5-də iki aylıq həbs qətimkan tədbiri çıxarılıb. Ona bir həftə öncə korrupsiya ittihamları irəli sürülmüşdü. Keçmiş baş nazirin hökumətinə apreldə etimadsızlıq səsverməsi keçirildi və o, daha sonra Dövlət Milli Təhlükəsizlik Komitəsində dörd dəfə dindirildi.

Bişkekin keçmiş meri Kubanychbek Kulmatov də iyunun 5-də saxlanıb, iyunun 28-dək həbsdə qalacaq.

Vaxtilə Dövlət Gömrük Komitəsinin rəhbəri olmuş Kulmatov-a korrupsiya ittihamı mayın 18-də irəli sürülüb.

Isakov məhkəmə binasından çıxarılarkən deyib ki, hakimin qərarı “tamamilə ədalətsiz”dir.

Isakov-a ittiham 2013-cü ildən qaynaqlanır. O zaman keçmiş prezident Almazbek Atambaev administrasiyası rəhbərinin müavini olan Isakov Bişkek Termal elektrik Stansiyasının modernləşdirilməsi layihəsini icra edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG