Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

Sentsovu zorla yedizdirə bilərlər


Ukraynada Oleh Sentsov-a dəstək aksiyası, 1 iyun, 2018-ci il
Ukraynada Oleh Sentsov-a dəstək aksiyası, 1 iyun, 2018-ci il

Rusiya həbsxanasında aclıq aksiyası keçirən ukraynalı kinorejissor Oleh Sentsov-un vacib orqanları zəifləməyə başlarsa, onu zorla yedizdirə bilərlər.

Bunu vəkili Dmitry Dinze deyir. O, iyunun 4-də həbsxanada kinorejissorla görüşüb.

Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutmasına etiraz etmiş Sentsov terrorçuluq ittihamları ilə 20 illik həbsə məhkum edilib. Özü və insan haqları fəalları ittihamların siyasi motivli olduğunu deyirlər.

DURUMU “KAFİ”DİR

Vəkillə görüşdən öncə Sentsov tibbi müayinə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Həkimlər onun durumunu “kafi” dəyərləndiriblər.

Kinorejissorun həbsi beynəlxalq reaksiya yaradıb. Bugünlərdə 50 yazıçı və incəsənət xadimi Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək onu azadlığa buraxmağa çağırıb.

Dmitry Dinze
Dmitry Dinze

Dinze AzadlıqRadiosu-nun rus xidmətinə deyib ki, Sentsov artıq səkkiz kiloqram arıqlayıb və səhhəti pisləşdikcə böyrəkləri sıradan çıxa bilər.

“Aclıq aksiyasının bu təsirləri özünü göstərsə, onu məcburən yeduzdirməli olacaqlar. Həkimlər ona bu haqda xəbərdarlıq ediblər. Oleh mübahisəyə cəhd göstərməyib”, – Dinze deyib.

Vəkilin deməsinə görə, Sentsov onu dəstəkləyənlərin hamısına təşəkkürünü bildirib, mübarizəyə davam edəcəyini söyləyib.

Uzaq Yamalo-Nenets Muxtar Regionunda saxlanan Sentsov mayın 14-də aclıq aksiyasına başladığını bildirib. O, Rusiyada siyasi məhbus saydığı 64 ukraynalının buraxılmasını tələb edir.

“GÜCLÜ BƏYANAT”

İyunun 4-də Pen America təşkilatının açıqladığı məktubda onlarla incəsənət xadimi, jurnalist Putin-i Sentsov-u azadlığa buraxmağa çağırıb.

Oleh Sentsov-a və Rusiyada qanunsuz saxlanmış digər ukraynalılara dəstək aksiyası, 2 iyun, 2018-ci il
Oleh Sentsov-a və Rusiyada qanunsuz saxlanmış digər ukraynalılara dəstək aksiyası, 2 iyun, 2018-ci il

Məktubda deyilir ki, Rusiyada bugünlərdə başlanacaq futbol üzrə dünya çempionatı ölkədəki insan haqları pozuntularına işıq salacaq. Sentsov-un buraxılması “güclü bəyanat” olardı.

Məktubu imzalayanlar içində Margaret Atwood, Stephen Sondheim və Jonathan Franzen kimi tanınmışlar var.

***Buna da bax: #OlegSentsovuXilasEt kampaniyası başlanır

İyunun 1-2-də Sentsov tərəfdarları bütün dünyada #OlegSentsovuXilasEt kampaniyası keçiriblər.

Ukrayna prezidenti Petro Poroshenko iyunun 2-də Facebook-da yazıb ki, Sentsov-un buraxılması çağırışına “qoşulan hər kəsə minnətdardır”. O, Kremlin “qanunsuz və totalitar metodlarını” pisləyib.

41 yaşlı Sentsov 2014-cü ilin mayında saxlanıb, Krımdakı rusiyapərəst təşkilatları bombalamağı planlaşdırmaqda şübhəli bilinib. Rusiyada məhkəmə həmin ilin avqustunda onu çoxsaylı terrorçuluq ittihamlarında təqsirli bilib.

Bütün ittihamları rədd edən Sentsov “işğalçıların məhkəməsinin təyinatı üzrə ədalətli ola bilməyəcəyini” vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG