Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:19

Nazir: 'Vergi islahatları olacaq'


M.Cabbarov

«Vergi sahəsində islahatlar keçiriləcək və vergi sahəsində şəffaf olan təsərrüfat subyektləri bu islahatlardan məmnun qalacaqlar».

«Turan» agentliyinin məlumatına görə, bu gün, iyunun 5-də vergilər naziri Mikayıl Cabbarov belə deyib. O qeyd edib ki, ölkədə əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri ilə bağlı problemlər var.

«Vergi ödəyiciləri arasında yalnız 3% ƏDV ödəyicisi kimi qeydə alınır. Xatırladım ki, illik dövriyyəsi 200 000 manatdan artıq olanlar ƏDV ödəyir», - deyən nazir bu sahədəki problemlər kimi üç əsas istiqaməti göstərib. Onun deməsinə görə, əsas problemlər pul vəsaitlərinin real dövriyyəsinin gizlədilməsi, hesabatlar, ödənilmiş əməkhaqqının qəsdən azaldılmasıdır.

M.Cabbarov əlavə edib ki, vergi islahatları üzrə zərf hazırlanıb: «Bu çərçivədə orta və kiçik biznesə güzəştlər verilməsi, qeyri-neft sektoru üçün vergi yükünün azaldılması nəzərdə tutulur».

Vergi yoxlamalarından da bəhs edən nazirin sözlərinə görə, 2018-ci ilin ilk dörd ayında keçən ilin eyni dövrünə nisbətən səyyar vergi yoxlamaları 40 faiz azalıb və bu siyasət davam etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG