Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Hava şirkətləri insan alverinə qarşı ‘gözdə-qulaqda olacaq’


Kiyevdə insan alverinə qarşı aksiya, oktyabr, 2018-ci il
Kiyevdə insan alverinə qarşı aksiya, oktyabr, 2018-ci il

Hava şirkətləri insan alverinə qarşı mübarizəni gücləndirmək niyyətindədir. “Frans Pres” agentliyi hava yolları üzrə qlobal qurum olan IATA-nın dünən – iyunun 4-də xüsusi təlimat açıqladığını xəbər verir. Təlimat heyət üzvlərinin şübhəli halların müəyyənləşdirilməsi və bu haqda məlumat verilməsi üçün necə “göz-qulaq ola biləcəyini” nəzərdə tutur.

Hazırda insan alveri dünyada narkotik alverindən sonra sürətlə artan ikinci kriminal sənayedir. Bunu ABŞ Dövlət Departamenti bildirir. Artıq aviasiya sənayesinə də tədbir görmək çağırışları ünvanlanır.

İNSAN ALVERİNİN 60 FAİZİNDƏ BEYNƏLXALQ SƏRHƏD KEÇİLİR

Bir sıra fərdi hava şirkətləri insan alverinə qarşı təşəbbüslər başladıblar. Amma indiyədək qlobal təşəbbüs irəli sürülməyib”, – IATA direktorunun xarici məsələlər üzrə müavini Tim Colehan təşkilatın Sidneydə keçirilən illik toplantısında jurnalistlərə deyib.

Arxiv fotosu
Arxiv fotosu

BMT-nin Narkotika və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) məlumatına görə, insan alverinin 60 faizində beynəlxalq sərhədlər keçilir.

Təlimatda şübhəli halların aşkarlanması, təyyarə enəndən sonra qurbanların təhvil verilməsi ilə bağlı qaydalar yer alıb.

Heyət üzvləri bəzən bir neçə saat sərnişinlərlə birlikdə uçurlar, onlar kiçicik əlamətləri, davranışları belə aşkarlaya bilərlər”, – IATA bildirir.

Təlimata aeroportlar, hüquq-mühafizə agentlikləri ilə koordinasiya da daxildir.

Colehan deyib ki, aviasiya sektorunda insan alverinin miqyası bəlli deyil, ancaq dünyada hazırlanmaqda olan qanunvericilik hava yolları şirkətlərinin təyyarə heyətlərinə xüsusi təlim keçilməsini tələb edir.

Beynəlxalq Əmək Təşkilatının hesablamasına görə, dünyada 25 milyon nəfər müasir köləliyin qurbanlarıdır.

Təlimat insan alverinin formaları kimi bunları müəyyənləşdirir – fahişəlik, əsgər uşaqlar (uşaqların silahlı qruplaşmalara cəlbi), orqanların çıxarılması, məcburi əmək, borc əsarəti və məcburi nikah.

UNODC bildirir ki, insan alveri axını, əsasən, Saharaaltı Afrikadan Yaxın Şərqə, Qərbi və Cənubi Avropaya; Cənubi Asiyadan Yaxın Şərqə, Şərqi Asiyaya və Sakit Okean regionuna istiqamətlənir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG