Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:15

Kocharian “1 mart” işinə görə dindirilə bilər


Robert Kocharian

Ermənistanın Xüsusi İstintaq Komitəsi keçmiş prezident Robert Kocharian-ın “1 mart” işinə görə dindiriləcəyi haqda informasiyanı nə təsdiqləyib, nə də inkar edib.

“1 mart işi üzrə ilkin istintaq davam edir və bir sıra yüksəkçinli şəxslərin də dindirilməsi planlaşdırılır”, – komitədən Radionun erməni xidmətinə bildiriblər.

Ermənistanda çıxan “Aykakan jamanak” qəzeti belə bir informasiya yayıb ki, ölkənin ikinci prezidenti Robert Kocharian yaxın vaxtlarda bu iş üzrə dindirilə bilər.

Nikol Pashinian Ermənistanın baş naziri seçiləndən sonra son 10 ildə dondurulmuş səs-küylü siyasi qətllərin üstünü açmağa və keçmiş yüksəkçinli rəsmiləri məsuliyyətə cəlb etməyə hazırlaşır”, – qəzet yazıb.

2008-ci il martın 1-də səhər polis Yerevandakı Azadlıq meydanında gecələyən, prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən müxalifətçilərə hücum edib. Həmin gün baş vermiş toqquşmalarda 10 nəfərin öldüyü, yüzlərlə adamın xəsarət aldığı bildirilir.

Hadisələrdən 10 il keçməsinə baxmayaraq, 10 nəfərin ölüm səbəbləri açılmamış qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG