Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:05

«Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyası AŞPA) nümayəndə heyətində boşalan iki yerə mənim və deputat Naqif Həmzəyevin namizədliyin verilməsi doğrudur».

Bunu Azərbaycanın AŞPA nümayəndə heyətinin iki üzvünün yenilənməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deputat Çingiz Qənizadə deyib.

Ç.Qənizadə vurğulayıb ki, artıq onların namizədlikləri təsdiqlənib. Deputat vurğulayıb ki, AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirak edəcəkləri gözlənilir.

Bu il Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvlərindən iki nəfər- Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin ediliblər.

AŞPA-nın Prosedur Qaydalar Komitəsi isə ötən ay korrupsiya hesabatında adı çəkilən dörd üzvünə sanksiyalar tətbiq etmişdi. Onlardan biri də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov idi.

Qurumdan yayılan məlumata görə, korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd üzvü Davranış Kodeksini ciddi pozub. Həmin dörd deputatın AŞPA-dakı bir sıra hüquqlarından müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, bir sıra vəzifələrə namizədliklərini verə, seçkiləri müşahidə edə bilməzlər.

Bu sanksiyalar İspaniyadan deputat Pedro Aqramunta 10 il müddətinə, Rumıniyadan Sezar Florin Preda, İspaniyadan Xordi Şuklaya və Azərbaycandan S.Seyidova iki illiyə tətbiq edilib.

S.Seyidovun isə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG