Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

Ukraynada saxlanmış rusiyalı jurnalistin evində axtarış aparılıb


Kirill Vyshinsky məhkəmədə, 1 iyun, 2018-ci il
Kirill Vyshinsky məhkəmədə, 1 iyun, 2018-ci il

Ukraynada vətənə xəyanət ittihamıyla saxlanmış rusiyalı jurnalistin evində axtarış aparılıb. Məlumatı jurnalistin vəkili Andriy Domansky “Frans Pres” agentliyinə təsdiqləyib.

Daha öncə Rusiyanın xəbər agentlikləri RIA Novosti-Ukraynanın direktoru Kirill Vyshinsky-nin evində axtarış aparıldığını bildirmişdi.

Vyshinsky-nin həyat yoldaşının Ria Novosti Rusiya dövlət xəbər agentliyinə deməsinə görə, “hər şeyi aparıblar. Mənzilin altını üstünə çeviriblər”.

Mənzilin harda yerləşdiyi açıqlanmasa, Vyshinsky Ukraynanın Xerson şəhərində saxlanır. O, vətənə xəyanətdə ittiham olunur və təqsiri sübuta yetirilsə, 15 ilədək həbsə məhkum edilə bilər.

Kiyev polisi isə iyunun 4-də axtarış xəbərlərini təsdiqləməyib, bircə onu deyib ki, “cinayətdə şübhəlilərin müəyyənləşdirilməsi” üçün təhqiqat başladılıb.

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) RIA Novosti-Ukrayna-nın əməkdaşlarına qarşı irimiqyaslı əməliyyat aparıb, həm ofislərini, həm mənzillərini axtarıb. Vyshinsky evinin yaxınlığında saxlanıb.

Russia Today (RT) kanalının rəhbəri Dmitry Kiselyov (ortada) Kirill Vyshinsky-nin fotosu olan plakat tutub. Jurnalist mayın mayın 18-də Moskvadakı Ukrayna səfirliyi qarşısında saxlanmışdı
Russia Today (RT) kanalının rəhbəri Dmitry Kiselyov (ortada) Kirill Vyshinsky-nin fotosu olan plakat tutub. Jurnalist mayın mayın 18-də Moskvadakı Ukrayna səfirliyi qarşısında saxlanmışdı

SBU daha sonra yaydığı bəyanatda bildirirdi ki, Ukraynaya qarşı hibrid müharibə aparan media strukturları şəbəkəsi aşkarlanıb.

REAKSİYALAR

Bu həbs Rusiyanın qəzəbli reaksiyasına səbəb olub. Prezident Vladimir Putin-in sözçüsü Vyshinsky-nun saxlanmasını, əgər işilə əlaqədardırsa, “biabırçı və qalmaqallı hərəkət” adlandırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 3-də yaydığı bəyanatda “Vyshinsky-nin dərhal azadlığa buraxılmasını, ona qarşı ittihamların qaldırılmasını” tələb edib.

ATƏT-in media azadlığı üzrə təmsilçisi axtarışdan “ciddi narahatlığını” dilə gətirib, Ukrayna hakimiyyətini “xarici jurnalistlərin işinə gərəksiz məhdudiyyətlər qoymamağa” çağırıb.

“Propaqanda ilə mübarizə beynəlxalq standartlara uyğun olmalıdır, medianın fəaliyyətinə qeyri-mütənasib müdaxiləyə çevrilməməlidir”, – Harlem Desir bəyanatında bildirib.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən Moskvayla Kiyevin münasibətləri pisləşib. Rusiya həmçinin Ukraynanın şərqində separatçıları dəstəkləməkdə ittiham olunur. Ukraynadakı münaqişədə indiyədək 10 min 300-dən çox adam öldürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG