Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Moldovada avropapərəst partiyalar qələbə çalır


Andrei Nastase qızı Anna ilə seçki məntəqəsində

Moldova paytaxtı Kişinaunun meri seçilmiş Andrei Nastase “avropapərəst, oliqarxlara qarşı çıxan” seçiciləri və qüvvələri ilin sonunda keçiriləcək parlament seçkiləri üçün birləşməyə çağırıb.

Avropayönlü Şərəf və Həqiqət Platformasından (DA) olan Nastase iyunun 3-də axşam danışıb. O, Kişinauda növbədənkənar mer seçkisinin ikinci raundunda qalib gəlib. Bu seçki parlament seçkisi öncəsi ölkənin siyasi partiyaları üçün sınaq sayılırdı.

Yekun nəticələr Nastase-nin səslərin 52,6 faizini topladığını göstərib. O, moskvapərəst Sosialist Partiyasının namizədi Ion Ceban (47,4 faiz) üzərində qələbə çalıb.

Seçicilərin 39 faizi səsverməyə gedib.

“Eyni cür davam edək, birləşək, gələcəkdə, parlament və digər seçkilərdə də beləcə qalib gələ bilərik”, – Nastase deyib.

Hərəkət və Həmrəylik Partiyasının (PAS) lideri Maia Sandu isə deyib ki, “payızda parlamentdə növbəti vacib qələbəni qazanacağıq”.

Mer seçkisindən öncə bu iki partiya parlament seçkisində birgə işləməyə, namizədlərini seçməyə razılaşıblar. Onların hədəfi hakim koalisiyadakı əsas qüvvə olan Demokratik Partiyanı və moskvapərəst prezident Igor Dodon-a yaxın Sosialist Partiyasını məğlub etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG