Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:28

James Mettis:"Şimali Koreyaya qarşı sanksiyalar hələ ki, yüngülləşdirilməyəcək"


James Mattis , Itsunori Onodera , Song Young-moo

ABŞ-ın müdafiə naziri James Mattis bildirib ki, Şimali Koreya “tam nüvəsizləşmə” istiqamətində qəti addımlar atmayınca, ona qarşı sanksiyalar yüngülləşdirilməyəcək.

O bunu mayın 3-də Sinqapurda Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri ilə görüşdən əvvəl deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan əvvəl-iyunun 1-də, Şimali Koreya lideri Kim Çen In-la görüşün baş tutacağını bəyan edib.

Trump ilk olaraq sammitiə razılıq versə də sonradan onu təxirə saldı.

Amma iyunun 1-də yenidən görüşün keçiriləcəyini bəyan elədi.

ABŞ prezidenti qeyd edib ki, görüşdən çox müsbət nəticələr gözləyir.

Qeyd edək ki, söhbət ilk növbədə Şimali Koreyanın nüvə proqramından əl çəkməsindən gedir.

BMT nüvə və raket sınaqlarına görə Şimali Koreyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG