Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:44

İran hərbçilərinin Suriyadan çıxmağa başlaması barədə məlumatlar gəlir


Foto arxiv
Foto arxiv

İran hərbçilərinin iyunun 2-də Suriyanın cənub və cənub-qərb rayonlarından çıxmağa başlaması barədə məlumatlar gəlir.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti Al-Arabiya televiziya kanalına istinadla xəbər verir.

Mənbənin məlumatına görə, bu barədə İsrail mətbuatında da məlumat peyda olub.

Al-Arabiya televiziyasının məlumatına görə, Liviyadakı iranpərəst “Hizbullah” qrupunun yaraqlıları da regionu tərk edirlər.

Qeyd edək ki, İranla “Hizbullah” qrpu Suriya müharibəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayırlar.

İsrail dəfələrlə İran və “Hizbullah”ın Suriyadakı bazalarına havadan zərbələr endirib.

Rusiyanın “İnterfaks” agentliyi və İsrail mətbuatındakı mənbələrin məlumatına görə, Rusiya və İsrail müdafiə nazirlərinin bu həftə Moskva görüşündə İran hərbçilərinin regiondan çıxarılması barədə razılıq əldə olunub.

Rusiya da İran kimi Suriya münaqişəsində Bashar Assad rejiminin tərəfini saxlayır.

Rusiyanın BMT-ki səfiri Vasili Nebenziya Suriyanın cənubundakı bir sıra qüvvələrin ayrılması barədə “hansısa razılaşma” olduğunu təsdiqləsə də ətraflı məlumat verməyib.

Mənbənin yazdığına görə, İsrailin Rusiyadakı səfiri də Moskva danışıqlarının uğurlu olmasını təsdiqləyib.

Suriyanın xarici işlər naziri Valid Muallem iyunun 2-də deyib ki, Suriyada İranın “hərbi müşavirləri” var,amma bazası yoxdur.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 400 mindən çox adam ölüb.

ABŞ və onun NATO-dakı müttəfiqləri bu münaqişədə Bashar Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG