Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:53

İyunun 2-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 17-20, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacaq.

İyunun 2-də Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi bildirilir. Gecə 11-16, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG