Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:01

Banklar 4 ayda 57 milyon manat ziyana düşüb


Banklar niyə bağlanır?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Banklar niyə bağlanır?

2018-ci il aprelin sonunda Azərbaycanda bank sektorunun zərəri 57.1 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatda bildirilir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201.1 mln. manat olub.

Banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386.6 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsindən ötrü xüsusi ehtiyatın yaradılmasına 242.5 mln. manat vəsait xərcləndiyi açıqlanıb.

Azərbaycanda hazırda 30 bank var. 2015-ci ildə baş verən devalvasiyalardan sonra ölkədə 10-dan çox bank bağlanıb. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG