Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:48

İranın Suriyadakı hərbi iştirakını müzakirə edirlər


Avigdor Lieberman

İsrailin müdafiə naziri Avigdor Lieberman mayın 31-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergei Shoigu ilə görüşüb. Tərəflər İranın Suriyadakı hərbi iştirakından dolayı İsrailin narahatlığını müzakirə ediblər.

Suriya hökuməti İsraillə sərhəddə üsyançıların əlində olan əraziləri geri almaq planını açıqlayıb. İsrail narahatdır ki, sonucda Suriyanın müttəfiqləri olan İran və Livanın Hizballah silahlı qruplaşması sərhədi boyunca möhkəmlənər.

İsrailin baş naziri Benjamin Netanyahu xəbərdarlıq edib ki, hökuməti İranın Suriyada hərbi mövcudluğunu saxlamasına imkan verməyəcək.

Moskvadakı 90 dəqiqəlik görüşdən sonra İsrailin Müdafiə Nazirliyi bildirib ki, nazirlər “İranın Suriyada möhkəmlənməsini önləməyə yönəlik İsrail kampaniyası”nı müzakirə ediblər.

“İsrail Rusiyanın bizin təhlükəsizlik ehtiyaclarımızı anlamasını yüksək dəyərləndirir”, – nazirlik bildirib.

Rusiya prezidenti Vladimir Putin və Benjamin Netanyahu daha sonra telefonla danışıblar.

Medianın yazmasına görə, Moskva İsrailə yaxın ərazilərə Rusiya hərbi polisini yerləşdirməyi təklif edib. Bu sövdələşməyə görə, bütün İran və Hizballah qüvvələri sərhədin 80 kilometrliyindən çıxarılır, Suriyanın üsyançı qrupları isə ağır silahları təhvil verir.

Bu arada Suriya İnsan Haqları Təşkilatının bildirməsinə görə, İran və Hizballah döyüşçüləri Suriyanın cənubunda İsrailin tutduğu Gonal Yüksəkliyinə yaxın ərazidən çıxmağa hazırlaşırlar.

Suriya rəsmiləri isə məlumatı təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG