Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:41

Teleqram-ın rəhbəri: ‘Apple tərəfimizi saxlamadı’


Sankt Peterburqda Telegram-ın bağlanmasına etiraz aksiyası, 1 may, 2018-ci il

Telegram mobil mesajlaşma əlavəsinin rəhbəri və qurucusu Pavel Durov deyir ki, Apple şirkəti bu xidmətin dünya miqyasında yeniləmələr aparmasını əngəlləyib. Çünki Rusiya hakimiyyəti ABŞ-ın mobil telefon nəhənginə “göstəriş verib” ki, Telegram-ı “app mağazası”ndan silsin.

Durov bunu mayın 31-də rəsmi Telegram kanalında yazıb.

Bir neçə gün öncə Rusiyanın kommunikasiyalara nəzarət edən orqanı – Roskomnadzor bildirmişdi ki, Apple-dan Telegram-ın ölkə ərazisində bloklanmasında kömək istəyib.

“Təəssüf ki, Apple tərəfimizi saxlamadı”, – Durov yazıb.

“GİZLİLİK HÜQUQUNU SAXLAYACAĞIQ”

Telegram Rusiyanın təhlükəsizlik agentliklərinə istifadəçilərinin kodlaşdırılmış kommunikasiyasına çıxış vermədiyi üçün ona çıxış qapadılıb. Ancaq istifadəçiləri yenə də VPN vasitəsilə bu xidmətdən yararlana bilirlər.

Pavel Durov
Pavel Durov

Roskomnadzor mayın 28-də bildirib ki, Apple şirkətinə məktub göndərərək Telegram əlavəsinin Rusiya ərazisində yüklənməsini mümkünsüz etməsini istəyib.

ABŞ şirkətindən o da xahiş olunub ki, Rusiyadakı Telegram istifadəçilərinə, Apple telefonu və tabletindən istifadə edənlərə daha yeni mesajlar, bildirişlər göndərilməsin və bununla da mobil əlavənin faydalılığı azaldılsın.

Rusiya rəsmiləri iddia edirlər ki, Telegram xidmətindən bütün dünyada terror hücumlarının planlaşdırılmasına istifadə olunub və qadağanı da bununla əsasandırırlar.

Durov isə mayın 31-də deyib ki, “problemlər olan ölkədə istifadəçilərimizin gizlilik hüququnu saxlayacağıq”.

Telegram 5 min nəfərədək üzvü olan qruplar daxilində mesaj, stiker, foto, video göndərməyə imkan verir.

Xidməti 2013-cü ildə Durov qardaşı Nikolai ilə birlikdə yaradıb. O vaxtdan 200 milyondan çox istifadəçi cəlb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG