Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:49

İsrail İrana görə Avropa ölkələrindən nə istəyəcək


Benjamin Netanyahu (ortada)

İsrailin baş naziri Benjamin Netanyahu deyir ki, İranın Suriyadan çıxmasıyla bağlı mövqeyinə Avropa ölkələrindən dəstək istəyəcək.

“İranın Suriyada hərbi iştirakına yer olmamasına inanırıq”, – Netanyahu mayın 28-də parlamentdəki fraksiyasına deyib.

“Əlbəttə, bu, təkcə bizim mövqeyimizi göstərmir. Rahat deyə bilərəm ki, Yaxın Şərqdə, kənarda başqaları da bu fikirdədir”, – o söyləyib.

Netanyahu-nun sözlərinə görə, gələn həftə Avropaya səfəri zamanı Almaniya və Fransa liderlərilə görüşündə bu məsələni, eləcə də ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarını qaldıracaq.

Netanyahu iyunun 4-6-na planlaşdırılan səfəri zamanı Fransa prezidenti Emmanuel Macron, Almaniyanın kansleri Angela Merkel-lə görüşməlidir. O, Britaniyanın baş naziri Theresa May ilə də görüşə biləcəyini deyib.

İranın hərbi müşavirləri və müttəfiq döyüşçüləri Suriya vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG