Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:58

‘Boeing’i vuran BUK Rusiya zenit-raket kompleksinə ‘aiddir’


Baş təhqiqatçı Fred Westerbeke BUK-un bir hissəsini nümayiş etdirərək çıxış edir

2014-cü ildə Ukrayna səmasında Malayziya təyyarəsini vurmuş BUK Rusiyanın 53-cü zenit-raket briqadasına aiddir. Bunu Niderlandın rəhbərlik etdiyi beynəlxalq təhqiqat müəyyənləşdirib.

Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna hakimiyyətinin təmsil olunduğu Birgə Təhqiqat Komandası (BTK) mayın 24-də Niderlandda keçirdiyi mətbuat konfransında bu açıqlamanı verib.

MH17 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk regionu üzərində vurulub, təyyarədəki 298 nəfər həlak olub.

Britaniyanın qəzanı araşdıran təhqiqat qrupu – Bellingcat bundan öncə bildirmişdi ki, təyyarəni vuran raketin mənbəyi 53-cü zenit- raket briqadası ola bilər.

***Buna da bax: «Boeing»i vuran «Buk»un nömrəsi tapılıb

TƏYYARƏ VURULANDAN SONRA KOMPLEKS RUSİYAYA APARILIB

Rusiya Ukraynanın daxili işlərinə müdaxilə etmədiyini bildirir. Ancaq Moskvanın Kiyevə qarşı vuruşan separatçılara hərbi, iqtisadi və siyasi dəstək verməsinə dair dəlillər var.

Rusiya və separatçılar MH17-ni vurmadıqlarını bildirib, insidentə səbəb kimi fərqli nəzəriyyələr irəli sürüb. Amma təhqiqatçılar onların hamısını rədd edib.

BTK 2016-cı ildə müəyyənləşdirdi ki, təyyarə Donetsk regionu üzərində Rusiya ordusundan alınmış BUK zenit-raket kompleksi ilə vurulub. Qrupun hesabatında deyilir ki, BUK Ukraynaya Krasnodon yaxınlığında daxil olub və təyyarə vurulandan dərhal sonra geriyə – Rusiyaya aparılıb.

Mayın 25-də isə Bellingcat Haaqada mətbuat konfransı keçirəcək, istintaq üzrə yeni hesabatını açıqlayacaq.

***Buna da bax: Təyyarənin vurulması işində Rusiya generalının adı

Bellingcat-ın Rusiyanın “The Insider” müstəqil vebsaytı ilə birlikdə apardığı təhqiqat hələ dekabrda bildirdi ki, Rusiyanın bir generalı təyyarənin vurulmasında maraqlı olub. Bellingcat açıq audio və vizual dataları təkmil rəqəmsal texnika vasitəsiylə təhlil edir. Qrup aşkarlanmış kommunikasiyalarda Delfin deyilən şəxsin Rusiyanın general polkovniki Nikolai Tkachyov olduğunu iddia edib. O, hazırda Rusiya Mərkəzi Hərbi Dairəsinin baş inspektorudur.

Ancaq Tkachyov Delfin olmadığını, 2014-cü ildə Ukraynanın şərqinə getmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG