Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:07

Komitə torpaqları geri alır


Bakıya şikayətə gəlib əliboş qayıdan fermerlər
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Bakıya şikayətə gəlib əliboş qayıdan fermerlər

Əmlak Məsələləri Dövlət Komitəsinin becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirləri sərtləşdirdiyi bildirilir.

Bu haqda komitənin açıqlamasında yazılır.

Komitə bildirir ki, boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılır.

«Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi, fiziki şəxsin kənd təsərrüfatı təyinatlı torpaqları səmərəsiz istifadə etməsi və ya ümumiyyətlə, istifadəsiz qoyması faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq, təkrar istifadəyə verilib», - açıqlamada bildirilir.

Komitənin açıqlamasında o da vurğulanır ki, ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmayacaq.

Xatırlatma

Azərbaycanda torpaq sahələrindən səmərəli istifadə mövzusu 2016-cı ilin əvvəlində gündəmə gəlib. Həmin vaxt prezident İlham Əliyev ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi və torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı göstərişlər vermişdi.

Ardınca Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqların dövriyyəyə qaytarılması ilə bağlı xüsusi qaydalar hazırlamışdı.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, təkcə 2017-ci ilin birinci yarısında torpaq sahələrindən səmərəli istifadə edilməməsinə görə 600 inzibati protokol tərtib olunub. Ötən ilin yarısında yerli icra hakimiyyəti orqanları ilə birlikdə 40 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələri ləğv edilib. Qurum bunu da torpaq sahələrindən səmərəsiz istifadə olunması ilə əsaslandırıb.

Torpaqlardan səmərəli istifadə sahəsində atılan addımlar birmənalı qarşılanmır.

Bir çox rayonların fermerləri deyirlər ki, yerli rəsmi qurumlar torpaqlardan səmərəli istifadə edilməməsi əsası ilə onların icarəyə götürmüş olduqları və heyvandarlıqda istifadə etdikləri torpaqları əllərindən alırlar.

Ekspertlər görə, ölkədəki belə icarə torpaqları bir əldə cəmləşməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG