Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 18:54

Zuckerberg Avropa Parlamentində ifadə verəcək


Mark Zuckerberg

Facebook şirkətinin CEO-su Mark Zuckerberg bu gün – mayın 22-də Avropa Birliyinin deputatları qarşısına çıxacaq, milyonlarla Facebook istifadəçisi haqqında məlumatların oğurlanması iddialarıyla bağlı sualları cavablandıracaq.

Canlı yayımlanacaq sual-cavab sessiyasında Zuckerberg Avropa Parlamentindəki əsas partiya və komitələrin liderləri tərəfindən dindiriləcək.

Zuckerberg ötən ay ABŞ Konqresində ifadə vermişdi, ancaq Avropaya getməyə boyun olmamışdı. O, Britaniya parlamentinə aparıcı rəsmisini göndərmiş, Brüsselə də eyni variantı təklif etmişdi. Amma AB parlamenti onu şəxsən dindirmək istəyib.

Bugünkü dindirmənin əvvəlcə qapalı keçirilməsi nəzərdə tutulurdu. AB-nin Mülki Azadlıqlar, Ədalət və Daxili İşlər Komitəsinin prezidenti Claude Moraes deyib ki, dindirmənin yayımlanması “çox vacibdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG