Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

Əfqanıstan müharibəsində ‘çox az irəliləyiş var’


Əfqanıstanda köçkün qız

Trump administrasiyasının Əfqanıstanla bağlı yeni strategiyası çərçivəsində avqustdan bəri taliban yaraqlılarına qarşı az irəliləyişə nail olunub, ölkə 17 illik müharibədən sonra hələ də “təhlükəli və qeyri-sabit” məkan olaraq qalır. Hökumətin yeni hesabatında belə deyilir.

Hesabatı mayın 21-də Birləşmiş Ştatların üç agentliyi açıqlayıb. Ancaq bundan öncə Pentaqon və əfqan qüvvələri Talibana qarşı müharibədə üstünlüyü ələ aldıqlarını bildirirdilər.

Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri Konqresə hesabat təqdim ediblər. Sənəddə deyilir ki, martın 31-dək, üç ay ərzində “proqresin çox az əlaməti” özünü göstərib, Taliban və digər yaraqlı qruplaşmalar bir sıra hücumlar törədiblər.

Taliban və İslam Dövləti qruplaşması Kabildə yüzlərlə adamın ölümünə səbəb olmuş hücumlar törədiblər”, – hesabatda deyilir.

Talibanın əlində ərazilər qalmaqdadır, Kabildə, bütün ölkədə terror hücumları başladıb”, – müəlliflər yazırlar.

Mayın 21-də Taliban Kabil sakinlərinə xəbərdarlıq edib ki, paytaxtda daha çox hücumlar planlaşdırır, dinc sakinlər arasında itkini azaltmaqdan ötrü “hərbi mərkəzlər”dən qaçılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG