Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:32

Britaniyanın media tənzimləyici orqanı Rusiyanın dövlətin sponsorluq etdiyi RT xəbər kanalının aprel və may aylarında efirə verdiyi verilişlərlə bağlı üç yeni təhqiqat başladıb.

RT-nin xəbərlər proqramlarının qərəzsizliyi ilə bağlı daha üç istintaq başladılıb”, – Ofcom-un sözçüsü mayın 21-də yaydığı bəyanatda deyib.

Bundan öncə apreldə yeddi təhqiqat açılıb, kanalın martda Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsi məsələsində qərəzsizlik qaydalarını pozub-pozmadığı araşdırılır.

Ofcom onda deyirdi ki, Sergei Skripal və qızı sinir qazı hücumuna məruz qalandan sonra RT-nin narahatlıq yaradan verilişlərinin sayında “ciddi artım” baş verib.

Verilişlərimiz Ofcom təhqiqatları üçün sonsuz mənbədir. Nəyi seçirlərsə, seçsinlər, heç nə tapa bilmirlər, ancaq yenə də ümidlərini itirmirlər”, – RT-nin baş redaktoru Margarita Simonyan mayın 21-də Twitter-də yazıb.

Britaniya zəhərlənmə insidentinə görə Rusiya prezidenti Vladimir Putin hökumətini suçlayır. Ancaq Moskva ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG