Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Ayın ‘qaranlıq tərəfi’nə peyk göndərildi


Long March-4C raketi

Mayın 21-də Çinlə Niderland Aya peyk yollayıblar. Ayın görünməyən, “qaranlıq” tərəfinə yol alan peyk kainatın yaranışını izah edəcək dəlil axtaracaq.

Xinhua xəbər agentliyi Queqiao peykinin fəzaya Long March-4C raketiylə buraxıldığını xəbərləyir. Raket Çinin cənubqərbindəki Xichang Peyk Buraxma Mərkəzindən çıxıb.

Layihənin əsas məqsədi Böyük Partlayışa dəlil eşidib tapmaqdır. Böyük Partlayış kainatın yaranmasıyla sonuclanıb.

Space.com vebsaytının yazmasına görə, Queqiao peyki özüylə Niderland-Çin istehsalı olan Aşağı Tezlikli Eksplorer aparıb. 2019-cu ildən başlayaraq bu qurğu radio siqnallara qulaq asacaq.

YERLƏ AY ARASINDA EYNİ VAXTDA KOMMUNİKASİYA YARADILACAQ

İlin sonunadək Yerlə Ayın görünməyən tərəfi arasında indiyədək gerçəkləşməyən missiyanın baş tutacağı gözlənir.

Krımda görünən bütöv ay, 3 may, 2018-ci il
Krımda görünən bütöv ay, 3 may, 2018-ci il

Peyk Ayın görünməyən tərəfinin 64 min kilometrliyində yerləşəcək, Ay və Yerdə müəyyən nöqtələrlə eyni vaxtda kommunikasiya quracaq.

Çin Milli Kosmik Administrasiyasının (CNSA) ötürücü peyk layihəsinin meneceri Zhang Lihua deyib ki, bu peykin buraxılması “Çinin Ayın görünməyən tərəfinə missiya və kosmik aparat göndərən ilk ölkə olmaq məqsədini reallaşdırması yönündə vacib addımdır”.

Ayın “qaranlıq tərəfi” Yerdən heç vaxt birbaşa görünməyib. Fotoları ilk dəfə 1959-cu ildə çəkilsə də, heç vaxt tədqiq olunmayıb.

Chang'e-4 aparatı isə ilin sonuna yaxın Ayın cənub qütb regionuna göndəriləcək.

Bu, Çinin Aya göndərdiyi ikinci missiyadır. Yutu adlı missiya 2013-cü ildə göndərilmişdi. Aparat Yerə siqnallar göndərməyi dayandırınca Yutu-nun işinin pozulduğu güman edilib.

Ancaq sonradan dramatik şəkildə özünə gəlib, Ayın səthini 31 ay müddətində müşahidə edib.

CNSA gələn il aya Chang'e-5 aparatını buraxmağı, nümunələr toplayıb Yerə gətirməyi planlaşdırır.

Çin ordunun nəzarətində olan kosmik proqramına milyardlar xərcləyir, 2022-ci ilədək insanla birlikdə kosmik stansiya yollamağı, yaxın gələcəkdə Aya adam göndərməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG