Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:31

Kudrin Hesablama Palatasının rəhbəri ola bilər


Aleksei Kudrin

Rusiya prezidenti Vladimir Putin keçmiş maliyyə naziri Aleksei Kudrini Hesablama Palatasının sədri vəzifəsinə namizəd kimi irəli sürüb. Məlumatı mayın 21-də Dövlət Duması yayıb.

Bir həftə öncə Dumadakı Vahid Rusiya fraksiyası Kudrinin həmin posta namizədliyini irəli sürmüşdü.

Hesablama Palatası büdcənin necə xərclənməsinə nəzarət edir.

Kudrin hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. O, bir neçə ildir dövlət vəzifəsində deyil.

Putin-in prezidentliyinin ilk iki dönəmində – 2000-2008-ci illərdə Kudrin maliyyə naziri kimi Rusiyanın maliyyə sektorunu sabitləşdirib, investorları cəlb edib. O, 2011-ci ildə, o vaxtkı prezident Dmitry Medvedev-lə fikir ayrılığı yaranınca istefa verdi.

Tez-tez hökuməti tənqid etməsinə baxmayaraq, Kudrin-in Putin-lə sıx münasibətləri olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG