Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:07

Yerevanda yenə etiraz aksiyası keçirilir


Yerevanda etiraz aksiyası, 16 may, 2018-ci il
Yerevanda etiraz aksiyası, 16 may, 2018-ci il

Mayın 21-də səhər tezdən Yerevanda “Sasna Tsrer” silahlı qruplaşmasının tərəfdarları Baş Prokurorluğun binasına girişi bağlayıblar. Onlar baş prokuror Artur Davtian-ın istefasını tələb edirlər.

“Yeni baş nazirimiz deyib ki, ölkədə siyasi məhbus ola bilməz. Ancaq ona tabe olanlardan (baş prokuroru parlament seçir – red.) biri reallıqla hesablaşmır və Ermənistanda siyasi məhbus olmadığını deyir. Buna görə də düşünürük ki, illər boyu qanunsuz işləyən, xalq etirazından sonra da qanunsuz işinə davam edən qurum Serzh Sarkisian rejiminə qayıtmaq istəyir. Prokuror istefa verməyincə bu qurum işləyə bilməz, çünki o, xalqa xidmət etmir”, – etirazçılardan biri AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində deyib.

Qeyd edək ki, mayın 16-da məhkəmə bu qruplaşmanın bir neçə üzvünü azadlığa buraxmaqdan imtina edib. Ertəsi gün baş nazir Nikol Pashinian etirazları dayandırmağa çağırıb.

SİYASİ MƏHBUS MƏSƏLƏSİ

Baş nazirin deməsinə görə, siyasi məhbuslar problemini qanunla nəzərdə tutulmuş alətlərlə həll etmək lazımdır.

Nikol Pashinian
Nikol Pashinian

Ancaq baş nazirin bəyanatına baxmayaraq, baş prokurorluq Ermənistanda siyasi məhbus olmadığını bildirir.

Ermənistanda bir neçə həftəlik etirazlarda sonra keçmiş prezident Serzh Sarkisian yenicə seçildiyi baş nazir postundan istefa verməli olub. Pashinian mayın 8-də baş nazir seçilib.

Pashinian mayın 19-da Facebook-da canlı yayımda Ermənistanda məhkəmə sistemindən danışıb.

Mənə Ermənistanda məhkəmə sisteminin mahiyyətcə iflic olması barədə məruzə edirlər. Sual yaranır – niyə? Çünki nə məhkəmələr, hə hakimlər nə edəcəklərini bilmirlər. Onlar göstərişlə işləməyə alışıblar. Hətta belə fikir səslənir ki, onlara bu və ya digər məsələdə kömək lazımdır. Bu, məndən ötrü ‘qırmızı xəttdir. Hakimiyyət təmsilçilərindən kimsənin həmin xətti keçməsinə icazə vermərəm”, – Pashinian bildirib.

Hökumət başçısının sözlərinə görə, məhkəmə sisteminin müstəqilliyi üçün hakimlərə öz səlahiyyətləri çərçivəsində qərar qəbul etmək imkanı verilməlidir.

Pashinian əmin edir ki, Ermənistanda müstəqil məhkəmə sistemi məsələsində siyasi iradə mövcuddur.

Heç kəsin hakimlərə qanunsuz təzyiq göstərməyə haqqı yoxdur... Hakimlər Ermənistan qanunvericiliyinə uyğun olaraq qanuni və obyektiv hökmlər çıxarmalıdırlar”, – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG