Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:19

Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü olub


A.Vuçiç

Mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsindən ötrü yaxşı potensialın olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Serbiya prezidenti Azərbaycana gəlib

Serbiya prezidenti Aleksandr Vuçiç bu gün, mayın 21-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, A.Vuçiçi hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və başqa rəsmi şəxslər qarşılayıblar.

Serbiya prezidenti A.Vuçiçin Azərbaycan dövlət başçısı İlham Əliyev və bir sıra dövlət rəsmiləri ilə görüşü gözlənir. Bu görüşlərdə ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG