Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 19:05

Moldova paytaxtı Kişinaunun meri vəzifəsinə mayın 20-də keçirilən erkən seçkidə iki namizəd önə çıxaraq ikinci tura keçib.

Moskvapərəst Sosialist Partiyasının namizədi Ion Ceban 41 faiz, avropayönümlü Ləyaqət və Həqiqət Platformasının (DA) namizədi Andrei Nastase 31 faiz səs toplayıb.

Ceban və Nastase iki həftədən sonra keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Kişinauda seçicilərin 35,5 faizinin səsverməyə getdiyi açıqlanıb. Seçkinin baş tutması üçün azı 25 faiz iştirak etməliydi.

Moldovanın ikinci şəhəri olan Baltidə də mer seçkisi keçirilib. Rusiyapərəst Bizim Partiyanın namizədi Nicolai Grigorisin 61 faiz səs yığıb.

20 may seçkisi ölkənin rusiyapərəst və avropayönlü partiyalarından ötrü bu ilin sonunda keçiriləcək parlament seçkisi öncəsi sınaq sayılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG