Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:49

Navalny-nın partiyası “Gələcəyin Rusiyası” adlanacaq


Aleksei Navalny

Rusiyalı müxalifət lideri Aleksei Navalny-nın partiyası “Gələcəyin Rusiyası” adlanacaq.

Belə bir qərarı, müxalifət liderinin tərəfdarları mayın 19-da keçirdikləri qurultayda qəbul ediblər.

Navalny-nın təsis etdiyi “Korrupsiya ilə mübarizə fondu” nun hüquqşünası Lyubov Sobol bildirib ki, partiya hələlik Ədliyyə nazirliyində qeydiyyatdan keçməyib.

Navalny hazırda həbsdə olduğundan qurultayda iştirak edə bilməyib.

Müxalifət lideri mayın 5-də “O bizim çarımız deyil” şüarı ilə keçirilən aksiya zamanı saxlanıb.

Son bir neçə gün ərzində Rusiyanın müxtəlif şəhərlərində ondan çox müxalifət fəalı həbs edilib.

Aleksei Navalny prezident Vladimir Putin başda olmaqla Kremlin sərt tənqidçisi kimi tanınır.

Buna görə dəfələrlə həbsə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG