Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:15

Keçmiş casus Skripal xəstəxanadan buraxılıb


Sergei Skripal (solda) və qızı Yulia

Martda İngiltərədə sinir qazıyla zəhərlənmiş keçmiş rusiyalı casus Sergei Skripal mayın 18-də xəstəxanadan buraxılıb. Məlumatı Britaniyanın səhiyyə rəsmiləri yayıb.

Skripal və qızı Yulia martın 4-də İngiltərənin Solsberi xəstəxanasında skamyada huşsuz vəziyyətdə tapılmışdılar. Yulia Skripal apreldə xəstəxanadan buraxılıb. Skripalların köməyinə gəlmiş polis əməkdaşı da buraxılıb.

Milli Səhiyyə Xidməti bəyanatında hər üç şəxsin xəstəxanadan buraxıldığını bildirib.

“Sergei Skripal-ın Solsberi Xəstəxanasından buraxılması fantastik xəbərdir”, – xəstəxananın direktoru Cara Charles-Barks deyib.

Baxıcılıq şöbəsinin direktoru Lorna Wilkinson deyib ki, bu, “onun sağalmasında vacib mərhələdir, indi proses xəstəxanadan kənarda davam edəcək”.

Sergei Skripal-ın Britaniyadakı evi
Sergei Skripal-ın Britaniyadakı evi

XATIRLATMA

Britaniya hakimiyyəti Skripal-ın haraya getdiyini açıqlamayıb. Onun qızının da harada olduğu bildirilmir.

Britaniya zəhərlənmədə Rusiyanı ittiham edib, hücumun sovet dövründə hazırlanmış Novichok adlı sinir qazıyla gerçəkləşdirildiyini bildirir. Britaniya və Qərb hökumətləri insidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Moskva isə ittihamları rədd edib və həmin ölkələrə qarşı analoji addım atıb.

1990-cı illərdə Rusiya GRU-sunun üzvü olan Skripal Britaniya üçün ikili agent kimi çalışıb.

O, 2004-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həbs olunub və vətənə xəyanət ittihamıyla 13 illik həbsə məhkum edilib. O, Avropadakı Rusiya kəşfiyyat agentlərinin adlarını açıqlamaqda ittiham olunub.

Ancaq 2010-cu ildə Rusiya onu azad edib, Birləşmiş Ştatlarda saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri olub və Britaniyaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG