Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:50

İran Britaniya konsorsiumu ilə neft sazişi imzalayıb


İranda neft yatağı, arxiv fotosu
İranda neft yatağı, arxiv fotosu

İran neft yatağının işlənməsi üzrə Britaniya konsorsiumu ilə saziş imzalayıb. Qeyd edək ki, mayın 8-də Vaşinqton İranla nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaları bərpa etdiyini açıqlayıb.

Milli İran Cənubi Neft Şirkəti Londonda mənzillənən Pergas konsorsiumu ilə razılaşma imzalayıb. Kontrakt növbəti 10 il ərzində İranın cənubqərbindəki Keranc yatağından 655 milyon barrel neft hasilatını nəzərdə tutur. Məlumatı İranın neft nazirliyi mayın 17-də özünü SHANA xəbər xidməti vasitəsilə yayıb.

Bu razılaşmanın imzalanmasından bir neçə saat öncə isə Fransanın Total enerji şirkəti ABŞ sanksiyaları dayandırmasa, noyabradək İranla təbii qaz layihəsindən çıxacağını bildirib.

1 MİLYARD DOLLARLIQ SAZİŞ

Pergas-la sazişin mayın 16-da Tehranda Britaniya səfirinin iştirakıyla imzalandığı bildirilir. Ancaq Londonun sənədi təsdiqləyib- təsdiqləmədiyi bəlli deyil.

Bijan Zanganeh
Bijan Zanganeh

“Ümid edirik Britaniya hökuməti sənədi təsdiqləyəcək”, – İranın neft naziri Bijan Zanganeh SHANA agentliyinə deyib.

Zanganeh Avropa ölkələrinin Birləşmiş Ştatların neft sazişinə “xəyanəti”ni ört-basdır edəcəyini gözlədiyini dilə gətirib.

Pergas-la bir milyard dollarlıq layihə köhnəlməkdə olan Karanc yatağından hasilatı artırmaqdan ötrü qabaqcıl texnologiya və prosedurların istifadəsini nəzərdə tutur. Hazırda bu yataqdan gündə 120 min barrel neft hasil olunur, növbəti 10 il ərzində bunun günə 200 min barrelə çatdırılması planlaşdırılır.

ABŞ sanksiyalarının məqsədi Birləşmiş Ştatlar və digər ölkələrin şirkətlərinin İranda iş görməsini yasaqlamaq, onların ABŞ dollarından, ABŞ maliyyə qurumlarından istifadəsini önləməkdir.

PERGAS-A SANKSİYA RİSKİ AZDIR

Total İrandan çıxmaq planlarını Birləşmiş Ştatlardakı əməliyyatlarının üzləşə biləcəyi risklə izah edib. Təhlilçilərin deməsinə görə, Pergas Birləşmiş Ştatlarda daha az iş görür və buna görə də İranda sanksiyalarla üzləşmədən işini davam etdirə bilər.

Total 2016-cı ildə İrana sanksiyalar qaldırılanda burada biznesə başlayan ilk Qərb şirkəti olmuşdu.

Fransa prezidenti Emmanuel Macron mayın 17-də deyib ki, Avropa liderləri nüvə sazişini, İranda işləyən Avropa şirkətlərini qorumaq üçün əllərindən gələni edirlər, ancaq şirkətləri bu ölkədə qalmağa məcbur edə bilməzlər.

Macron-un deməsinə görə, ABŞ-ın sazişdən çıxmaq qərarından İranda işləyən Rusiya və Çin şirkətləri faydalana bilər.

Zanganeh deyib ki, Tehran neft hasilatını və ixracını mövcud günə 4 milyon barrel səviyyəsində saxlamaqdan ötrü əlindən gələni edəcək. O, Vaşinqtonun nüvə sazişindən çıxmasının yaratdığı çətinliklərin öhdəsindən gələcəklərini bildirib.

Hazırkı vəziyyət keçəcək və İran bundan qalib kimi çıxacaq”, – SHANA ona istinadla yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG