Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 12:59

Milli Televiziya və Radio Şurası (MTRŞ) iki quruma kabel yayımında rəsmi icazə verib. Qərar qurumun mayın 16-da keçirilmiş növbəti iclasında qəbul edilib.

MTRŞ-nin məlumatına görə, iclasda «Farrux Teleradio»«Shakh Telecom» məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) müraciətlərinə baxılıb.

Adları çəkilən qurumlar MTRŞ-dən IP TV yayımından ötrü lisenziya istəyiblər.

MTRŞ hər iki quruma kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) məqsədilə müddətsiz lisenziya verib.

Xatırlatma

MTRŞ 2002-ci ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb.

Şuranın əsas vəzifəsi teleradio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

MTRŞ-nin məlumatına görə, indiyə qədər 16 hüquqi şəxsə kabel şəbəkəsi yayımından ötrü lisenziya verilib.

Bundan başqa, MTRŞ-in bir fiziki şəxsi kabel yayımı həyata keçirməkdən ötrü lisenziya ilə təmin etdiyi bildirilir.

Bəzi müstəqil ekspertlər isə hesab edir ki, MTRŞ fəaliyyətində ictimaiyyətin maraqlarından çox hökumətin maraqlarını qoruyur. Hərçənd, MTRŞ rəhbərliyi belə fikirləri qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG