Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

İndi də Yerevanın merinə etiraz edirlər


Taron Markarian
Taron Markarian

Yerevanda onlarla etirazçı şəhər meriyasının binasına girib, merin istefasını tələb ediblər. Onlar meriyanın qarşısındakı parkdan ağacların çıxarılmasına etiraz edirlər.

Mayın 15-də meriya binasına basqın etmiş etirazçılar mer Taron Markarian-ı korrupsiyada, dövlət vəsaitlərinin düzgün istifadə etməməkdə də suçlayıblar.

Merin keçmiş prezident Serzh Sarkisian-ın müttəfiqi olduğu iddia edilir. Ölkədə bir neçə həftə çəkən etirazlar Sarkisian-ı təzəcə seçildiyi baş nazir postundan istefa verməyə məcbur etdi.

Meriyaya etirazlara səbəb bir Facebook paylaşımı olub. Vaxtilə ağacla dolu parkın fotosu indiki kasad durumuyla müqayisə edilib.

MERİN İSTEFA VERMƏK PLANI YOXDUR

Nümayişçilər Markarian-la görüşməyi, ağacların kəsilmə səbəbini izah etməsini tələb ediblər.

Merin təmsilçisi onlara parkın “modernləşdirildiyini”, ancaq qurumuş ağacların kəsildiyini söyləyib.

Yerevan, arxiv fotosu
Yerevan, arxiv fotosu

Ancaq bəzi etirazçılar parkda kəsildiyini dedikləri yaşıl yarpaqlı budaqları gətirib, Markarian-dan izahat tələb ediblər. Onlar binanın içində bir neçə saat qalıb, girişə yaxın ərazidə şüarlar səsləndiriblər.

Merin birinci müavini Kamo Areian etirazçılara deyib ki, mer onlarla “sakit atmosfer”də görüşmək, parkdakı durumu müzakirə etmək istəyir.

Areian Markarian-ın istefa planı olmadığını, onun istefasının “gündəmdə olmadığını” bildirib.

Cəmi 8 gün öncə Nikol Pashinian parlamentdə baş nazir seçilib.

10 il prezident olmuş Sarkisian-ın opponentləri onu Ermənistanda oturuşmuş hakim elitanın tərkib hissəsi sayır, bunun erməni xalqının maraqlarına uyğun olmadığını deyirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG