Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 12:47

Argentinanın keçmiş ulduz futbolçusu Diego Maradona Belarusun «Dinamo Brest» klubunun prezidenti olacaq.

57 yaşlı Maradona Instagram səhifəsinə yeni kontraktının fotosunu qoyub və yazıb: «İnama, haqqımda düşündüyünüzə görə çox sağ olun».

1986-cı ildə Dünya Kubokuna yiyələnmiş futbolçu bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Fucayra» komandasının məşqçisi kimi fəaliyyətini yekunlaşdırmışdı.

«Dinamo Brest» Twitter hesabında Maradona ilə üçillik müqavilə bağladığını, Rusiyada Dünya Kuboku bitincə, işə başlayacağını yazıb.

Maradona vaxtilə «Barselona» və «Napoli»nin hücumçusu, həm də Argentina milli komandasının 2008-2010-cu illərdə baş məşqçisi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG