Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

Sentsov həbsxanada aclığa başlayıb


Oleh Sentsov

Ukraynalı kinorejissor Oleh Sentsov Rusiyada həbsxanada aclığa başlayıb. O, Moskvanın Krımı tutmasına etiraz etdiyinə görə saxlanmışdı. Aclıq aksiyasını isə Rusiya təcridxanalarında saxlanan ukraynalı məhbusların hamısının azadlığa buraxılması tələbiylə keçirir.

Vəkili Dmitry Dinze-yə əlyazmasıyla göndərdiyi məktubda Sentsov aclıq aksiyasına mayın 14-də başladığını deyir.

Yeganə şərtim Rusiya ərazisində saxlanan ukraynalı siyasi məhbusların azadlığa buraxılmasıdır. Sonadək birlikdə. Ukraynaya eşq olsun!”, – Sentsov yazır.

Krım sakini olan Sentsova terrorçuluq ittihamları ilə 20 il həbs cəzası kəsilin. Özü və insan haqları qrupları ittihamların siyasi motivli olduğunu bildirir.

2014-cü ilin mayın saxlanan Sentsov Krımdakı rusiyapərəst təşkilatların bombalanmasını planlaşdırmaqda şübhəli bilinib. Sonradan ona çoxsaylı terrorçuluq ittihamları irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG