Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:12

Donald Trump Nikol Pashinian-ı təbrik edib


Donald Trump (solda) və Nikol Pashinian

ABŞ prezidenti Donald Trump Nikol Pashinian-ı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzadlıqRadiosu-nun erməni xidməti yayıb.

Ermənistanın Birləşmiş Ştatlardakı səfirliyinin bildirməsinə görə, Trump Pashinian-a təbrikində yazır:

Ticarət, demokratik institutların gücləndirilməsi və regional təhlükəsizlik daxil olmaqla qarşılıqlı maraq doğuran bir çox sahədə əməkdaşlıq etməyimizi səbirsizliklə gözləyirəm”.

Korrupsiyayla mübarizədə irəliləyiş, bütün siyasi qüvvələrin möhkəmlənməsi və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bu səylərə öz töhfəsini verəcək və Ermənistanın işıqlı gələcəyinə təminat verir. Sizə və erməni xalqına ən xoş arzularımı çatdırıram”, – Donald Trump yazır.

Nikol Pashinian baş nazir seçiləndən sonra Yerevanın mərkəzi
Nikol Pashinian baş nazir seçiləndən sonra Yerevanın mərkəzi

Nikol Pashinian mayın 8-də baş nazir seçilib. Ölkədə bir neçə həftə davam edən etirazlar nəticəsində keçmiş prezident Serzh Sarkisian baş nazir postundan getməli olub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

2016-cı ildə dördgünlük əməliyyatlarda 100-dək adamın həlak olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG