Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:38

İsraillə Fələstinin elçiləri qarşı-qarşıya gəldi


14 may toqquşmalarından sonra

Mayın 15-də BMT-də keçirilən müzakirələrdə İsraillə Fələstinin elçiləri qarşı-qarşıya gəlib, bir-birinin ünvanına kəskin ifadələr işlədib. Bir gün öncə İsraillə Qəzzə zolağının sərhədində onlarla fələstinli öldürülmüşdü.

Mayın 14-də İsrailin açdığı atəşdən 58 fələstinlini öldürüldüyü, 1200-dən çox adamın yaralandığı bildirilir.

Bir gün sonra bölgədə əsasən sakitlik olsa da, daha iki nəfərin dünyasını dəyişdiyi xəbər verilib.

Fələstinin elçisi Riyad Mansur BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında “İsrailin törətdiyi qətliamı” pisləyib, “bəşəriyyətə qarşı cinayət”dən danışıb.

İsrailin səfiri Danny Danon isə gücdən istifadəni müdafiə edib, sərhəddə “zorakı qiyam” baş verdiyini deyib. O, Hamas islamçı hərəkatını “Qəzzəni girov götürmək”də suçlayıb.

ABŞ-ın səfiri Nikki Haley İsraili müdafiə edib, deyib ki, “buradakı ölkələrdən heç biri İsrailin göstərdiyi təmkini sərgiləyə bilməzdi”.

Bir sıra ölkələr zorakılıqdan narahatlıq dilə gətirib. Almaniya və Britaniya müstəqil təhqiqat aparılmasına çağırıb.

Belçika və İrlandiya İsraildəki səfirlərini geri çağırıb. Türkiyə İsrailin Ankaradakı səfirini müvəqqəti qovub. İsrail də Türkiyənin Qüdsdəki konsuluna qarşı eyni addımı atıb.

Mayın 14-də İsrail dövlətinin yaranmasının 70 illiyi qeyd olunub. Həmçinin Birləşmiş Ştatlar Qüdsdə səfirliyini açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG