Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Qəzzədə azı 37 fələstinli həlak olub


Qəzzə, 14 may, 2018-ci il

Mayın 14-də İsrail ordusunun Qəzzə zolağına açdığı atəşdən azı 37 fələstinli həlak olub. Məlumatı Qəzzənin Səhiyyə Nazirliyi yayıb.

2007-ci ildən Qəzzəni idarə edən Hamas islamçı qruplaşması son altı həftədə burada kütləvi etirazlar təşkil edib, İsrailin ərazini on ildir saxladığı blokadanı qırmağa çalışır. Etirazlar başlayandan burada 67 nəfər öldürülüb.

Ərazinin 2 milyon sakini əsasən qaçqınların törəməlidir və etirazlara Böyük Qayıdış Yürüşü adı verilib, hazırda İsrailin ərazisində olan evlərinə qayıtmağı hədəfləyirlər.

Nazirlik kütləvi etirazlarda azı 500 nəfərin yaralandığını bildirir.

Mayın 14-də keçirilən etirazlar həm də Birləşmiş Ştatların səfirliyini Qüdsə köçürmək planlarına qarşıdır.

ABŞ prezidenti Donald Trump ötən ilin sonunda ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək paytaxtı kimi tanıyıb. Bu addımı beynəlxalq ictimaiyyət tanımayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG