Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:21

Moskvada senzurasız internetə görə saxlananlar var


Moskvada yürüş, 13 may, 2018-ci il

Moskvada hökumətin internet azadlığını məhdudlaşdırmaq cəhdlərinə qarşı yürüşdə azı 20 nəfər saxlanıb. Məlumatı yürüşün koordinatoru verib.

Mayın 13-də yüzlərlə etirazçı populyar Telegram mobil mesajlama əlavəsinin açılmasını tələb edib, bəziləri hökumət əleyhinə şüarlar səsləndriib, internetdə senzura əleyhinə şüarlar qaldırıb.

Sol Cəbhəni, anarxistləri, digər qurumları təmsil edən 25-30 nəfər saxlanıb”, – Sol Cəbhənin koordinatoru Sergei Udaltsov Interfax agentliyinə deyib.

Polis Azad İnternet Uğrunda yürüşə 1000 nəfərədək etirazçının qatıldığını bildirib. Ağ Dirəniş Könüllü təşkilatı isə Sakharov prospektindəki yürüşə 2 min nəfərin gəldiyini deyib. Yürüşü riyaziyyatçı Dmitry Bogatov və həyat yoldaşı Tatyana Fyodorova açıb.

Yürüşdə keçmiş baş nazir Mikhail Kasyanov daxil olmaqla bir neçə müxalifətçinin də iştirak etdiyi bildirilir.

Mayın 1-də minlərlə etirazçı Moskva və Sankt Peterburqda hökumətin interneti məhdudlaşdırmaq cəhdlərinə etiraz etmişdi.

Ötən ay hökumət Telegram şəbəkəsini bağlayıb. Ancaq bəzi istifadəçilər VPN vasitəsilə blokadanı yarırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG