Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Pashinian Putin-i əmin edir ki…


Nikol Pashinian və Vladimir Putin, 14 may 2018
Nikol Pashinian və Vladimir Putin, 14 may 2018

Ermənistanın baş naziri Nikol Pashinian Rusiya prezidenti Vladimir Putin-ə onun hakimiyyətə gəlməsiylə sonuclanmış siyasi çaxnaşmada Moskvanın “balanslı mövqe”yinə görə təşəkkür edib. O, Kremli əmin edib ki, ölkələr arasında “strateji tərəfdaşlığ”a şübhə yoxdur.

Putin Pashinian-a uğur diləyib, deyib ki, ikitərəfli münasibətlərin “indiyədək olduğu kimi davamlı inkişaf edəcəyinə” ümid bəsləyir.

Pashinian daha öncə də dəfələrlə deyib ki, ermənilər Rusiyaya arxa çevirməyəcəklər.

“BUNA ŞÜBHƏ YOXDUR”

Baş nazir görüşün bir hissəsinə qatılan jurnalistlərə deyib ki, “Ermənistanla Rusiya arasında strateji alyans münasibətləri izahat istəmir”. Onun sözlərinə görə, “Ermənistanda bu məsələylə bağlı konsensus var. Məncə, ölkəmizdə heç kəs Ermənistan-Rusiya münasibətlərinin strateji əhəmiyyətinə şübhə etməyib, etməyəcək də”.

Nikol Pashinian-ı Soçidə erməni icması qarşılayıb
Nikol Pashinian-ı Soçidə erməni icması qarşılayıb

Pashinian “bu münasibətlərə yeni impuls” veriləcəyinə ümidini bildirib, həm siyasi, həm də ticari mənada. Interfax və Reuters agentlikləri yazır ki, Pashinian silah ticarətinin güclənəcəyinə ümidini bildirib.

O, “siyasi böhranımız vaxtı Rusiyanın sərgilədiyi balanslı mövqeni” alqışlayıb. “Çox konstruktiv mövqe idi. Məncə, bunu təkcə hökumətimiz deyil, cəmiyyətimiz də dəstəkləyir”, – deyib.

Keçmiş prezident Serzh Sarkisian-ın baş nazir postundan istefası, Pashinian-ın baş nazir seçilməsilə sonuclanan etirazlar zamanı Rusiya durumu diqqətlə izlədiyini, ancaq müdaxilə etmədiyini bildirib.

Rusiyanın Ermənistanla münasibətləri Cənubi Qafqazdakı digər qonşuları – Azərbaycan və Ermənistandan daha yaxındır. Ermənistan həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Putin deyib ki, Rusiya “Ermənistanı regiondakı ən yaxın tərəfdaşımız və müttəfiqimiz hesab edir”, həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində. Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın “çox yaxşı nəticələri”nin “təkcə qorunmayacağına, həm də gücləndiriləcəyinə” ümid edir.

***

Ermənistanın yeni baş naziri Nikol Pashinian mayın 14-də Rusiyanın Soçi kurort şəhərində Rusiya prezidenti Vladimir Putin-lə görüşməlidir.

Pashinian mayın 13-də Yerevanın Zvartnots beynəlxalq aeroportundan Facebook-da canlı yayıma çıxıb. Deyib ki, Soçiyə mayın 14-də başlanacaq Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində iştirak etməyə gedir.

AİB-ə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Rusiya Ermənistanın əsas müttəfiqidir, burada 3 min əsgəri var, Türkiyə ilə sərhədini qoruyur.

Nikol Pashinian hökumətin iclasını keçirir, 13 may, 2018-ci il
Nikol Pashinian hökumətin iclasını keçirir, 13 may, 2018-ci il

Pashinian bir neçə həftə davam edən etirazlardan sonra – mayın 8-də baş nazir seçilib. Bundan sonra çoxları keçmiş müxalifətçi deputatın Moskvayla münasibətlərini necə quracağını sual edir. Ancaq Pashinian vəzifəyə keçəndən sonra Moskvayla münasibətlərin pozula biləcəyi sarıdan narahatlıqları azaltmağa çalışıb.

Rusiya ilə müttəfiq münasibətləri dostluq, bərabərlik, problemlərin həllinə qarşılıqlı hazırlığa əsaslanmalıdır”, – Pashinian parlamentə deyib.

Rusiyayla hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizliyinin təminatında əsas faktor sayırıq”, – o söyləyib.

Ancaq baş nazir Birləşmiş Ştatlar, Avropa Birliyi, İran, Gürcüstan, Çin və Hindistanla da əməkdaşlığı “fəal inkişaf etdirəcəyini” vurğulayıb.

“TANIŞ OLACAQLAR”

Kremlin köməkçisi Yury Ushakov deyib ki, iki liderin ilk təması “iki dövlət başçısının bir-biriylə tanış olması baxımından çox vacibdir”.

Məncə, ikitərəfli münasibətlərlə bağlı dərhal dərin müzakirələr keçirilməyəcək. Digər tərəfdən, bəzi məsələlərin müzakirəsi də təbiidir”, – o deyib.

Hassan Rohani
Hassan Rohani

Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. İndiyədək Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü keçirilib.

Ermənistan hökumətinin mətbuat xidməti mayın 13-də bildirib ki, Pashinian telefonla İran prezidenti Hassan Rohani ilə telefonla danışıb, liderlər iki qonşunun “qarşılıqlı faydalı əməkdaşlığı” genişləndirməsi barədə razılığa gəliblər.

Bəyanatda deyilir ki, liderlər “İranın nüvə proqramı ətrafında son baş verənləri də müzakirə ediblər”.

Tərəflər ABŞ prezidenti Donald Trump-ın nüvə sazişindən çıxmaqla bağlı qərarından sonra yaranmış durumun dinc yolla həllinə ümidvar olduğunu dilə gətirib. Trump mayın 8-də 2015-ci il nüvə sazişindən çıxdığını elan edib.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG