Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Gürcüstandakı etirazçılar xəbərdarlıq edir


Tbilisidə etiraz aksiyası, 13 may, 2018-ci il
Tbilisidə etiraz aksiyası, 13 may, 2018-ci il

Gürcüstanda ötən həftəsonu etiraza çıxmış fəallar tələbləri yerinə yetirilməzsə, mayın 19-da yenidən nümayiş edəcəklərini deyirlər.

Yürüşlərin təşkilatçılarından biri olan Beka Tsikarishvili mayın 14-də deyib ki, Daxili İşlər Nazirliyi narkotiklərə qarşı mübarizədə yanaşmasını dəyişməsə, etirazlar davam edəcək. Tənqidçilər nazirliyin tədbirlərini sərt hesab edirlər.

Tbilisinin meri Kakha Kaladze-nin jurnalistlərə deməsinə görə, bir neçə günə nazirlik rəsmiləri və etirazların liderləri bir araya gələcək, narkotiklərlə mübarizə siyasətində mümkün dəyişiklikləri müzakirə edəcəklər.

Bir qrup fəal daxili işlər naziri ilə görüşüb, 14 may, 2018-ci il
Bir qrup fəal daxili işlər naziri ilə görüşüb, 14 may, 2018-ci il

Mayın 12-də demişdim ki, narkotik siyasəti dəyişməlidir. Bu, ölkəmiz və xalqımız üçün ciddi problemdir”, – Kaladze deyib.

Ümumilikdə, dövlət adamları narkotikə görə cəzalandırmamalıdır, onları qorumalıdır. Narkotik alverçiləri ilə mübarizə aparmalıyıq və əminəm ki, çox adam bu mübarizəyə qoşulacaq”, – o, sözlərinə əlavə edib.

Mayın 14-də prezident Giorgi Margvelashvili polisə “yürüşçülər arasında qarşıdurmanı önlədiyinə” görə təşəkkür edib. Prezident durumu bütövlükdə “siyasi və inzibati tədbirlərin iflası və bir neçə səhvin nəticəsi” adlandırıb.

Məqsədimiz ifadə, söz azadlığını saxlamaq, eyni zamanda küçələrdə, siyasi və ictimai proseslərdə nizamı qorumaqdır”, – Margvelashvili deyib. Qeyd edək ki, prezident adətən Kvirikashvili və hökuməti ilə ziddiyyət yaşayır.

***

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili milli televiziya ilə çıxışında etirazçıları sakitliyə, zorakılıqdan çəkinməyə çağırır. Polisin narkotiklərə qarşı reydindən sonra parlament binası qarşısında başlamış nümayişlər hələ də davam etməkdədir.

Ölkədə hər hansı qarşıdurma, cəmiyyətdə parçalanma Gürcüstan hakimiyyəti və xalqı üçün qəbuledilməzdir”, – Kvirikashvili deyib.

Hüquq-mühafizə orqanları qanunun, yürüş etmək azadlığının təminatı üçün əllərindən gələni edirlər. Hakimiyyət narkotik alverçilərinə qarşı sərt, narkotik aludəçilərinə qarşı humanist mövqe tutacaq”, – o vurğulayıb.

Mayın 12-də səhər yüzlərlə adam küçələrə çıxaraq polisin paytaxtın iki populyar gecə klubunda keçirdiyi reydə etirazını bildirib. Tənqidçilər reydi kluba gedənlərə qarşı gücdən aşırı istifadə kimi dəyərləndirib.

“PROVOKASİYA”?

Daxili İşlər Nazirliyi Bassiani və Cafe Gallery-də səkkiz “narkotik alverçisi”nin saxlandığını bildirib.

Tbilisidə polis maşını
Tbilisidə polis maşını

Klubdakılardan bəziləri narkotik maddənin polisin atması ehtimalını irəli sürüb.

Tənqidçilər deyirlər ki, bu əməliyyat polisin narkotik maddələrə qarşı öhdəliyini yerinə yetirdiyini sərgiləyir, əsl niyyəti isə Gürcüstan paytaxtında artan klubların gözünü qorxutmaqdır.

Polis klubların yaxınlığında bir neçə etirazçını da saxlayıb.

Mayın 13-də onlarla etirazçı şəhərin musiqi sədaları altında rəqs edib, nümayişi davam etdirəcəklrini bildirib. Bundan öncə polis onların parlament binası qarşısında qurduğu çadırı dağıdıb.

Etiraz liderlərindən biri jurnalistlərə deyib ki, nümayişçilər polisin hərəkətini “provokasiya” sayır.

Yürüşün təşkilatçılarından olan Anna Subeliani AzadlıqRadiosu-nun gürcü xidmətinə bildirib ki, tələbləri yerinə yetirilməyincə dayanmayacaqlar.

Tbilisidə mayın 12-dən keçirilən yürüşə əks nümayişlər də təşkil olunub. Azı iki ultrasağçı qrup “narkotik ticarətçiləri” və “LGBT təbliğatı”na qarşı çıxdıqlarını iddia edib, “vətənimizi qorumaq üçün mili qvardiya” yaradıldığını açıqlayıb.

Etirazçılar arasında qarşıdurmanı önləməkdən ötrü polis sağçıların parlament binasına yaxınlaşmasına imkan verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG