Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

ABŞ Yerusəlimdə səfirlik açır, azı 55 fələstinli etirazlarda ölür


Mayın 14-də Qəzza zolağında zorakı etirazlar olub
Mayın 14-də Qəzza zolağında zorakı etirazlar olub

Birləşmiş Ştatların Yerusəlimdə öz səfirliyini açdığı əsnada Qəzza zolağında baş verən toqquşmalarda azı 55 fələstinli İsrail qoşunları tərəfindən öldürülüb.

Qəzza ərazisinin səhiyyə rəsmiləri bildiriblər ki, mayın 14-də daha 2700 fələstinli İsrail əsgərlərinin atəşi ilə yaralanıb.

Qəzza zolağında 2007-ci ildən bəri hakimiyyətdə olan Həməs islamçı hərəkatı son altı həftə ərzində bu ərazidə İsrail blokadasını yarmaq məqsədilə kütləvi etirazlara rəhbərlik edir.

Etirazlar başlanandan burada 83 nəfərin həlak olduğu xəbər verilib.

Kütləvi etirazların hədəfi həm də mayın 14-də Birləşmiş Ştatların Yerusəlimdə öz səfirliyini açmasıdır. Prezident Trump bu hadisəni İsrail dövlətinin yaradılmasının 70 illiyinə həsr etdiyini bildirib.

Prezident, onun qızı Ivanka Trump və başqa ABŞ rəsmilərinin qatıldığı açılış mərasiminin davam etdiyi vaxtda yaxınlıqda İsrailin yüzlərlə ərəb vətəndaşı etirazını bildirirdi.

Prezident Trump bu mərasimdəki çıxışında İsrail və fələstinlilər arasında sülhün əldə edilməsinə “tamamilə sadiq qaldığını” bəyan edib.

Trump ABŞ səfirliyini Tel Əvivdən mübahisəli Yerusəlimə köçürmək qərarını ötən il elan edəndə, fələstinlilər, ABŞ-ın müttəfiqləri və dünya boyunca başqa ölkələr bu addıma hiddətli reaksiya vermişdilər.

Yerusəlimdə açılan konsulluq ABŞ səfirinin və az sayda heyətin keçid ofisi funksiyasını daşıyacaq. Bu ərazidə səfirlik üçün daha böyük bina yaxın gələcəkdə tikiləcək.

İsrailin baş naziri Benjamin Netanyahu Trump-a öz vədini yerinə yetirmək üçün “cəsarət tapdığına” görə təşəkkürünü bildirib.

İranın xarici işlər naziri bu hadisəni “böyük rüsvayçılıq günü” adlandırıb.

Fələstinlilər Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı kimi görürlər. Lakin şəhəri bütövlükdə işğal etmiş İsrail onu özünün əbədi paytaxtı elan edib.

İsrailin bu qərraı beynəlxalq icma tərəfindən tanınmayıb.

***

Mayın 14-də Birləşmiş Ştatlar İsraildəki səfirliyini Təl Əvivdən Qüdsə köçürəcək. İsrailin sevincinə səbəb olmuş bu qərar fələstinlilərin, ABŞ-ın müttəfiqlərinin, dünyada bir sıra ölkələri qəzəbləndirib.

Bu gün keçiriləcək mərasimdə Ağ ev, İsrail rəsmiləri iştirak edəcək. Fələstinlilərin isə İsraillə sərhəddəki Qəzzə bölgəsində, başqa yerlərdə etirazları gözlənir.

ABŞ prezidenti Donald Trump ötən ilin sonunda ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək paytaxtı kimi tanıyıb. Bu addımı beynəlxalq ictimaiyyət tanımayıb.

ABŞ-ın Qüdsdəki konsulluğu səfirliyin müvəqqəti məkanı sayılır. Ancaq Qüdsün başqa bir yerində daimi ABŞ səfirliyinin tikilməsi planlaşdırılır.

Rəsmi məlumata görə, səfirliyin ətrafında 1000 polis əməkdaşı yerləşdiriləcək.

Mayın 14-də İsrail Qüdsü gününü – 1967-ci ildə altıgünlük müharibədən sonra şəhərin “yenidən birləşdirilməsi”ni qeyd edir. 14 may həm də İsrailin yaranmasının 70 illiyidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG